"Qalatasaray" Sneyderlə yollarını ayırır
"Qalatasaray" klubunun futbolçusu Uesli Sneyderi satmaq qərarı alıb.

"Cim Bom" hollandiyalı yarımmüdafiəçinin gözlənilənləri vermədiyi və zədələndiyi üçün belə bir addım atıb.

Klubun baş məşqçisi Roberto Mançininin də oyunçunun yanvar ayında transfer olunmasına razılıq verdiyi iddia edilib.

Qeyd edək ki, U.Sneyderlə "Mançester Yunayted" klubu yaxından maraqlanır.

Xəbər 950 dəfə oxundu.