Bonsuya 3 matç cəza verildi
THY Avroliqa rəhbərliyi Olimpiakos matçında Mirzə Begic və Printezis ilə dava edən Pops Mensah- Bonsuya 3 matç cəza verilib.

İdman.com.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Piredə oynanılan oyunda Qalatasaray Liv Hospital komandası yunan qrupu Olimpiakosa qonaq olub. Matçın bitməsinə 3 dəqiqə 8 saniyə qalmış skorda 70-46 hesabı ilə ev sahibi komandanın üstünlüyü olarkən, bir mövqedə Begicin Mensah- Bonsuya arxasından atdığı dirsək sonrasında sahə qarışıb.

Qeyd edək ki, bu gün yunan komandasının oyunçularının da cəzaları açıqlanacaq. Böyük Britaniyalı oyunçu isə 3 oyunda sahədən uzaq qalacaq. Qalatasaray rəhbərliyi sabah keçiriləcək Malaqa matçının nəticəsinə görə hələlik Bonsunu yerinə transfer edəcək.

Xəbər 1169 dəfə oxundu.