SOCAR III turda uduzdu

Sloveniyanın Roqaska Slatina şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatında bu gün III turun oyunları keçirilib. Ölkəmizi bu yarışda təmsil edən SOCAR yarışda bu tur məğlubiyyətlə üzləşib.

İlk iki turda eyni hesabla (5,5:0,5) qələbə qazanan komandamız bu dəfə Bosniya və Herseqovina “Bosna”sına 2,5:3,5 hesabı ilə uduzub.

BOSNA - SOCAR - 3,5:2,5

Teymur Rəcəbov - Ferenç Berkeş - 0,5:0,5
Aleksandr Qrişuk - Markus Raqqer - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Borki Predoyeviç - 0:1
Andrey Volokitin - Predraq Nikoliç - 0,5:0,5
Rüstəm Qasımcanov - Dalibor Stoyanoviç - 0:1
Eltac Səfərli - Denis Kardiç - 1:0

Xəbər 1061 dəfə oxundu.