“Real”ın yeni Ronaldosu
La liqada "Valyadolid"lə matçda het-trikə imza atan "Real"ın futbolçusu Qaret Beyl Madrid klubunda uğurlu çıxışı ilə seçilir.

Komandanın aparıcı üzvü Kriştiano Ronaldonun zədəli olmasına baxmayaraq, son matçlarda klubun qələbə qazanmasında önəmli rol oynayan uelsli yarımmüdafiəçi artıq əsl gücünü göstərməyə başlayıb.
Q.Beyl forma geydiyi matçlarda "Real" daha böyükhesabla qalib gəlib. 24 yaşlı futbolçu 632 dəqiqə meydanda olduğu vaxtda 7 qol vurub. Bu isə onun hər oyuna bir qol vurması deməkdir.

Bundan başqa, Q.Beyl qapıya vurduğu zərbələrlə də diqqət çəkir. Beyl indiyə kimi rəqib qapılarında 29 zərbə vurub. Bu isə Ronaldonun statistikasına çox yaxındır.

Qeyd edək ki, artıq bir çox İspaniya mətbuatı Beyli "Real"ın "yeni Ronaldo"su adlandırır.

Xəbər 815 dəfə oxundu.