Ronaldo: "Telefondan istifadə etmirəm"
“Real" (Madrid) futbolçusu Kriştianu Ronaldo FİFA prezidenti Yozef Blatterin üzr istəmək üçün ona zəng etdiyi barədə yayılan xəbərlərə münasibət bildirib.

Portuqaliyalı hücumçu deyib ki, ümumiyyətlə, telefondan istifadə etmir:

“Mənim telefonum yoxdur. Katibimdə var, o da yəqin mənə bunu söyləməyi unudub. Ümumiyyətlə, məni kimin kimə zəng etməsi az narahat edir”.

Qeyd edək ki, FİFA prezidentinin Ronadloya üzr istəmək üçün zəng etdiyi, ancaq oyunçunun zənglərə cavab vermədiyi iddia edilirdi.

Xəbər 871 dəfə oxundu.