La Liqanın sonuncusu baş məşqçisi ilə yollarını ayırdı
Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən İspaniyanın "Betis" klubu baş məşqçisi Pepe Mellə yollarını ayırıb.

50 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında müqavilə ləğv olunub.

La Liqa təmsilçisini hansı mütəxəssisin çalışdıracağı hələlik məlum deyil. Ancaq "Vilyareal"ın sabiq çalışdırıcısı Xuan Karlos Qarridonun "Betis"in baş məşqçi postuna gətiriləcəyi bildirilir.

Qeyd edək ki, "Betis" La Liqada 15 turdan sonra 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər 837 dəfə oxundu.