"Yuventus" ciddi itki ilə üzləşdi
Çempionlar Liqasının qrup mərhələsinin son oyununda "Qalatasaray"la vacib matça çıxacaq "Yuventus" ciddi itki ilə üzləşib.

"Udineze" ilə görüşdə zədələnən komandanın aparıcı futbolçularından olan Andrea Pirlonun sağ dizində problem olduğu açıqlanıb. Onun təxmini 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, "Qalatasaray" - "Yuventus" matçı dekabrın 10-u baş tutacaq.

Xəbər 677 dəfə oxundu.