Bakıda cüdo üzrə klublararası turnir keçirilib.
Bakıda 9 nömrəli Uşaq Gənclər Məktəbinin bazasında 3 yaş qrupu (2000-2001, 2002-2003, 2004-2005) üzrə cüdo üzrə klublararası turnir keçirilib.

Turnirdə uğurla çıxış edən “Qəbələ” idman klubunun azyaşlı cüdoçuları birinciliyin 3 qızıl medalına sahib olublar. Sübhan Mirzəyev 24, Təbriz Bağırov 26, Naməddin Yunisov isə 42 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


Xəbər 803 dəfə oxundu.