Karlo Ançelotti: “Messini almaram”
"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti "Barselona"nın futbolçusu Lionel Messi haqda danışıb.

İdman.com.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis deyib ki, imkanı olsa belə, argentinalı hücumçunu komandaya transfer etməz:

"İmkanım olsa da, Messini almaram. Messidənsə komandada boşluqlar olan mövqeyə yeni futbolçular gətirərdim".

Xəbər 786 dəfə oxundu.