Xüsusi olimpiyaçılar atletika yarışında

Azərbaycan Xüsusi Olimpiya Komitəsinini təşkilatçılığı ilə 24-sentyabr - Yunis Kennedi Şrayver Gününə həsr olunmuş atletika üzrə yarış keçirilib. Turnirdə Bakı-Abşeron və Sumqayıt komandaları iştirak ediblər. Komandalar güclü və zəif divizionlarda güclərini sınayıblar.

Turnir Avropa Xüsusi Olimpiya Komitəsi tərəfindən əqli cəhətdən qüsurlu idmançılar arasında 2012-ci ildə keçiriləcək yarışlara seçmə xarakteri daşıyır və hazırlıq mərhələlərindən biridir.

Qalib komandalara Xüsusi Olimpiya Komitəsinin kubok, diplom və medalları təqdim edilib.

Xəbər 1544 dəfə oxundu.