Serxio Ramos: “Real”dan getmirəm”
"Real"ın (Madrid) futbolçusu Serxio Ramos komandadan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Müdafiəçi Madrid klubunda heç bir problemi olmadığını və burdan ayrılmağı düşünmədiyini deyib: "Komandamla daha üç illik müqaviləm var. Klub prezidenti Florentino Perezlə də heç bir problemim yoxdur. Burada özümü xoşbəxt hiss edirəm. Futbolçu karyeramı "Real"da başa vurmaq istəyirəm".

Qeyd edək ki, S.Ramosla "Mançester Siti", "Çelsi" və PSJ klubları maraqlanır.

Xəbər 875 dəfə oxundu.