Uelsli Sneyder İstanbul klubundan ayrıla bilər
"Qalatasaray"ın futbolçusu Uelsli Sneyder İstanbul klubundan ayrıla bilər.

Zədəli olduğu üçün müalicəsini İtaliyada davam etdirməyə gedən yarımmüdafiəçi burada meneceri Soren Lerbi ilə görüşüb.

Görüş zamanı o, menecerlə yenidən Avropa klublarından birinə transfer olunmaq məsələsini danışıb.

Əgər Sneyderə yaxşı təkliflər gələrsə, hollandiyalı yarımmüdafiəçi yanvar ayında İstanbul klubundan ayrılmaq istəməsini rəhbərliyə bildirəcək.

Qeyd edək ki, "Cim-bom" da Sneyderin İtaliyada olduğunu təsdiqləyib.

Xəbər 860 dəfə oxundu.