Teymur Məmmədovun rəqibi bəlli oldu

Boks üzrə dünya çempionatında iştirak edən boksçumuz Teymur Məmmədovun rəqibi məlum olub. 91 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz püşkə əsasən ilk mərhələdən azad idi. Son Avropa çempionatında qızıl medal qazanan Məmmədov barbadoslu Anderson Emmanuellə qarşılaşacaq. Emmanuel ilk döyüşdə Makedoniya təmsilçisi Dimitar Taşkov üzərində qələbə qazanıb.

Xəbər 1009 dəfə oxundu.