Premyer Liqada növbəti istefa
İngiltərə Premyer Liqasında daha bir baş məşqçi ilə yollar ayrılıb.

"Fulhem"in çalışdırıcısı Martin Yol "Vest Hem"ə məğlubiyyətin ardından istefaya göndərilib.

Boş qalmış baş məşqçi postuna müvəqqəti olaraq komandanın məşqçisi Rene Meulenstin gətirilib.

Qeyd edək ki, "Fulhem" hazırda turnir cədvəlində 10 xalla 18-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, daha öncə "Sanderlend"in baş məşqçisi Paulo Di Kanyo istefaya göndərilmişdi.

Xəbər 808 dəfə oxundu.