"Liverpul"un qol silahı sıradan çıxdı
İngiltərənin "Liverpul" klubu ciddi itki ilə üzləşib.

Komandanın aparıcı üzvü Daniel Staric biləyindən aldığı zədə səbəbindən ilin sonuna qədər yaşıl meydanlara çıxa bilməyəcək.

Qeyd edək ki, "Liverpul"un qol ümidi olan 24 yaşlı hücumçu "Tottenhem", "Mançester Yunayted" və "Mançester siti" komandaları ilə oyunu buraxmalı olacaq.

Xəbər 859 dəfə oxundu.