Sabah finaldır

Sabah paytaxtın Nərimanov rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin yarımfinal və final oyunları keçiriləcək. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi yarış Nərimanov rayonunda yerləşən 200 saylı orta məktəbin futbol meydançasında keçiriləcək.

Turnirin təşkilində əsas məqsəd məhəllələrdə və digər yaşayış yerlərində futbolun kütləviliyinin genişləndirilməsi, yeniyetmə və gənclərin kütləvi bədən tərbiyəsinə cəlb edilməsidir.

Xəbər 1271 dəfə oxundu.