"Mançester Siti" "Barselona"nın qarşısına şərt qoydu
"Mançester Siti" klubu "Barselona"nın maraqlandığı futbolçusu Serxio Aqueronun transferinə yalnız bir şərtlə razılıq verdiyini açıqlayıb.

İngiltərə təmsilçisi Kataloniya klubuna Aleksis Sançeslə argentinalı hücumçunu dəyişdirməyi təklif edib.

"Barselona"nın baş məşqçisi Xerardo Martinonun A.Sançesin komandadan ayrılmasına razılıq verəcəyi bildirilir. Yanvar ayından bu futbolçu dəyişikliyinin rəsmiləşəcəyi iddia edilir.

Qeyd edək ki, "Mançester Siti" ilə 2017-ci ilə qədər müqaviləsi olan Aqueronun təzminat qiyməti 40 milyon avrodur.

Xəbər 1160 dəfə oxundu.