Qvardiola: "Çox çətin vəziyyətdəyik"
"Bavariya"da olan zədəli futbolçuların sayı klubun baş məşqçisi Pep Qvardiolanı bərk narahat edir.

Keçirdiyi mətbuat konfransında bu barədə danışan ispan mütəxəssis zədəli oyunçuların sayının daha da artmasından qorxduğunu deyib:

"Çox çətin vəziyyətdəyik. Komandamın belə durumdan necə çıxacağını bilmirəm. Belə bir zamanda azarkeş dəstəyinə daha çox ehtiyacımız var".

Qeyd edək ki, Münhen təmsilçisində hazırda 7 zədəli futbolçu var.
Bunlar Bastian Şvaynştayqer, Frank Riberi, Mario Mandzukiç, Klaudio Pisarro, Xerdan Şaqiri və Holqer Badştuber və Flipp Lamdır.

Xəbər 799 dəfə oxundu.