"Çelsi"nin hücumçusu sıradan çıxdı
İngiltərənin "Çelsi" klubu ciddi itki ilə üzləşib.

Çempionlar Liqasının qrup mərhələsində "Bazel"lə matçda zədələnən Samuel Eto’Onun 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Kamerunlu hücumçunun yerinə London klubunda Fernando Torresin forma geyinəcəyi gözlənilir.

Qeyd edək ki, "Çelsi" sabah Premyer Liqada "Sauzhempton"la qarşılaşacaq.


Xəbər 831 dəfə oxundu.