"Milan"ın vitse-prezidenti istefa verəcək
"Milan" klubunun vitse-prezidenti Adriano Qalliani istefa verəcək.

Bu barədə o, İtaliya mətbuatına açıqlamasında deyib.

Bildirib ki, Çempionlar Liqasında "Ayaks"la matçdan sonra komandadan ayrılacaq. A.Qalliani komandadan ayrılmasına səbəb olaraq "Milan"ın bu mövsüm uğursuz çıxışını göstərib.

Qeyd edək ki, "Milan"ın prezidenti Silvio Berluskoninin qızı Barbara Berluskoni A.Qalliani ilə fikir ayrılıqları yaşamışdı. O, vitse-prezidentin işini yaxşı görmədiyini bildirmişdi.

Xatırladaq ki, 69 yaşlı Qalliani 27 ildir ki, "Milan"da çalışır

Xəbər 832 dəfə oxundu.