"Bakı" "İnter"lə oyunun hazırlıqlarını tamamladı
Sabah (30 noyabr 2013) Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Bakı” doğma meydanda “İnter”i qəbul edəcək. Bu oyuna hazırlıqlarının davam etdirən “zolaqlılar” saat 11:00-da oyunöncəsi son məşqinə çıxıb.

İsinmə hərəkətləri ilə başlayan hazırlıq Kamran Ağayevin də iştirak etdiyi “kvadrat” təmrini ilə davam edib. Ardından futbolçular mərkəz dairədə topla əyləncəli qaç-tut tapşırığını yerinə yetiriblər. Sonda isə qapıya zərbələr sınaqdan keçirilib.

Bununla da Bakı derbisi öncəsi yetirmələrini çox yormayan baş məşqçi Milinko Pantiç 1 saatlıq hazırlığı başa vurub.

Onu da qeyd edək ki, Elvin Əliyev və Əfran İsmayılov meydanın ayrı bir hissəsində fərdi məşq ediblər.

Müalicəsini davam etdirən Mario Rubio isə yüngül qaçışla kifayətlənib.

Xəbər 818 dəfə oxundu.