"Azarkeşlərin mənim maskamı taxmasına ehtiyac yoxdur"
"Bavariya"nın futbolçusu Frank Riberi "Real" (Madrid) klubunun 45 min azarkeşin "Qalatasaray"la matçda Kriştiano Ronaldonun şəkli olduğu maska taxmasına münasibət bildirib.

Fransız yarımmüdafiəçi deyib ki, onun bu formada sevgiyə və dəstəyə ehtiyacı yoxdur:

"Bavariya" azarkeşlərinin belə bir hərəkət etməsinə ehtiyac yoxdur. Onsuz da onların məni nə qədər çox sevdiyini meydana çıxdığımda hiss edirəm".

Qeyd edək ki, Madrid klubunun azarkeşləri bu hərəkətləri ilə portuqaliyalı hücumçuya sevgilərini göstərməklə yanaşı, ona "Qızıl top" mükafatını qazanması üçün dəstək olublar.

Xəbər 853 dəfə oxundu.