Ronaldo qayıdır
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo qarşıdakı oyunlarda meydana çıxa biləcək.

Bu barədə portuqaliyalı futbolçunun həkimi açıqlama verib.

Artıq zədəsini sağaldan Ronaldonun La Liqanın 15-ci turunda "Vilyareal"a qarşı oyunda iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, La Liqanın son turunda "Almeriya" ilə görüşdə zədələnən Ronaldo Çempionlar Liqasında "Qalatasaray"la matçı buraxmalı olmuşdu.

Xəbər 771 dəfə oxundu.