Mourinyo “Real”ın futbolçusunu istəyir
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo keçmiş futbolçusu Fabio Koentraunu komandasında görmək istəyir.

Portuqaliyalı mütəxəssis hazırda "Real"da (Madrid) forma geyən müdafiəçinin heyətə gətirilməsi üçün klub rəhbərliyi qarşısında məsələ qaldırıb.

"Çelsi"də Eşli Koulun zədələnməsinin ardından sol cinahda oynatmağa futbolçusu qalmayan Mourinyo Koentrau ilə bu problemi aradan qaldırmağı düşünür.

London klubunun artıq "Real"a oyunçunun mövsümün sonuna qədər icarəyə götürmək barədə təklif göndərdiyi bildirilib.

Bu mövsüm Madrid klubunda oyunlarda az iştirak edən Koenrtaunun komandadan ayrılmasına baş məşqçi Karlo Ançelottinin razılıq verəcəyi gözlənilir.

Xəbər 850 dəfə oxundu.