Sambo üzrə açıq Bakı birinciliyi başa çatıb

Sentyabrın 23-dən 25-dək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına əsasən, Hövsan Olimpiya İdman Kompleksində sambo üzrə 1993-1994-cü illər təvəllüdlü idmançılar arasında Bakı şəhər açıq birinciliyi keçirilib.
Birincilikdə 12 idman cəmiyyəti və klublarından 127 idmançı 10 çəki dərəcəsi üzrə qalib adı uğrunda mübarizə aparıb. Yarışda Elçin Qədimov (48 kq, “Zenit” İSM), Ceyhun Vəliyev (52 kq, “Neftçi” İSM), Fuad Məmmədov (56, kq, 11-saylı UGİM), Kamran Əsgərov (60 kq, “Neftçi” İSM), Elmir Kərimli (65 kq, 11 saylı UGİM), Elmin Əliyev (70 kq, “Neftçi” İSM), Fərhad Qurbanov (75 kq, “Neftçi” İSM), Anar Qasımov (81 kq, “Zenit” İSM), Fərid Əzizov (87 kq, “Ruslan” İK), Süleyman Əsgərli (+87 kq, “Neftçi” İSM) birinci qerə layiq görülüblər.
Yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 2625 dəfə oxundu.