Mingəçevirdə “Sevinc” kuboku uğrunda final mərhələsi keçirilib
18-22 noyabr mini-futbol üzrə 12-13 yaşlı yeniyetmələrarasında “Sevinc” kuboku uğrunda Azərbaycan birinciliyinin final mərhələsi keçirilib.

Mingəçevir şəhər “Y.Məmmədzadə” adına şəhər stadionunda 10 komanda (100 idmançı) iştirakı ilə keçirilən yarışın məqsədi, Respublikada yeniyetmə futbolçuların aşkar edilməsi, ustalığının artırılması, təkmilləşməsi və Respublikada futbolun kütləviliyinin inkişaf etdirilməsi olub.

Yekun nəticələrə görə, birinciyə Mingəçevir, ikinciyə Astara, üçüncü yerə Qax Uşaq Gənclər İdman Məktəbi layiq görülüb.

Sonda hər 3 komanda Gənclər və İdman Nazirliyinin kubok və diplomları ilə təltif olunublar.

Xəbər 1031 dəfə oxundu.