Çempionlar Liqasında ən çox oyun keçirən futbolçular
Çempionlar Liqasının tarixində ən çox oyun keçirən 11 futbolçunun adı açıqlanıb.

ÇL-də ən çox iştirak edən oyunçu "Real"ın (Madrid) keçmiş hücumçusu Raul Qonzalesdir (142 oyun). "Mançester Yunayted"dən Rayan Giggzi zirvədən cəmi 4 oyun ayırır. "Barselona"nın oyunçusu Xavi Hernandez isə indiyə kimi ÇL-də 136 oyun keçirib. Hazırda bu turnirdə "Mançester Yunayted" və "Barselona" mübarizəni davam etdirdiyi üçün bu iki futbolçudan birinin qarşıdakı vaxtlarda zirvəyə yüksələcəyi gözlənilir.

Ümumilikdə bu turnirdə ən çox forma geyən futbolçular bunlardır:

Qapıçı: İker Kasilyas (132)

Müdafiəçilər: Karles Puyol (115), Qari Nevill (109), Paolo Maldini (109),Roberto Karlos (120 oyun)

Yarımmüdafiəçilər: Klarens Zeedorf (125 oyun), Xavi (136 oyun), Pol Skoulz (124 oyun), Rayan Giggz (138 oyun)

Hücumçular: Tyerri Anri (111), Raul Qonzales (142)

Xəbər 806 dəfə oxundu.