"Rəvan" son məşqinə çıxdı
Topaz Premyer Liqasının 15-ci turunda "Qəbələ”ni qəbul edəcək "Rəvan" dünən son məşqini edib və oyuna hazırlığı bitirib.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında baş tutan məşq "Bayıl Arena”da keçirilib. Futbolçular isinmə hərəkətlərindən sonra yüngül məşqlə kifayətlənib. Oyunçularını dar sahədə ötürmələr üzərində çalışdırdıqdan sonra baş məşqçi ənənəvi "kvadratlar”a və qapıya zərbələrə də vaxt ayırıb.

Qeyd edək ki, "Rəvan” – "Qəbələ” oyunu bu gün saat 19:00-da başlayacaq. "Bayıl” stadionunda keçiriləcək qarşılaşma "İdmaz Azərbaycan” telekanalı vasitəsi ilə də canlı yayımlanacaq.

Xəbər 958 dəfə oxundu.