SOCAR 2-ci turda da inamla qalib gəldi

Bu gün Sloveniyanın Roqaska Slatina şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatında bu gün II turun qarşılaşmaları keçirilib. İlk turda olduğu kimi bu turda da komandamız inamlı qələbə qazanıb.
İdman.com.az saytı xəbər verir ki, ilk turda Almaniyanın “Solingen” komandasına qalib 5,5:0,5 hesabı ilə qalib gələn Azərbaycanın SOCAR klubu ikinci turda İtaliya “Libertas”ını da həmin hesabla məğlub edib.

Bu turda komandamızın heyətində Şəhriyar Məmmədyarov və Andrey Volokitinə istirahət ediblər. Onların əvəzinə Teymur Rəcəbov və Aleksnadr Qrişuk şahmat taxtası qarşısında əyləşiblər.

Bu dəfə Rüstəm Qasımcanov Fabio Bruno ilə xalları yarı bölüb.

SOCAR – LİBERTAS – 5.5 : 0.5

Teymur Rəcəbov (2752) – Rafal Antoniyevski (2585) - 1:0
Aleksnadr Qrişuk (2757) – Artur Koqan (2563) - 1:0
Emil Sutovski (2690) – Fernando Braqa (2438) - 1:0
Rüstəm Qasımcanov (2678) – Fabio Bruno (2431) – 0.5:0.5
Rauf Məmmədov (2660) – Piskopo Pyerluici (2373) - 1:0
Eltac Səfərli (2627) – Mario Sibillo (2364) - 1:0

Xəbər 1235 dəfə oxundu.