"Barselona"nın 1000-ci qolunu kim vuracaq?
Son illərdə Avrupa futboluna damğa vuran "Barselona" klubu Çempionlar Liqasında "Ayaks"la matçdan (2:1) sonra yeni rekorda yaxınlaşıb.

Xavi Hernandezin "Ayaks"ın qapısına vurduğu qol Kataloniya təmsilçisinin avrokuboklarda 999-cu qolu olub.

ÇL-in qrup mərhələsinin son turunda "Seltik"lə görüşdə daha bir dəfə fərqlənəcək "Barselona" bununla da, avrokuboklarda yubiley - 1000-ci qoluna imza atacaq. Artıq bu qolun müəllifinin hansı futbolçunun olacağı indidən böyük maraq doğurur.

Qeyd edək ki, "Barselona" - "Seltik" oyunu dekabrın 11-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 858 dəfə oxundu.