"Milan"ın iki futbolçusu sıradan çıxdı
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində səfərdə "Seltik"i 3:0 hesabı ilə məğlub edən "Milan" klubu ciddi itki ilə üzləşib.

Komandanın müdafiəçisi İnyasio Abate və hücumçusu Robinyo zədələnərək sıradan çıxıb.

Sol çiynindən zədələn Robinyonun ən azı 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Dizindən xəsarət alan Abatenin son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Xəbər 951 dəfə oxundu.