"Riberi ən yaxşıdır, ancaq "Qızıl top" Ronaldoya verilməlidir"
"Bavariya" klubunun fəxri prezidenti Franz Bekkenbauer ötən mövsümün ən yaxşı futbolçusunun adını açıqlayıb.

Bekkenbauer Münhen təmsilçisinin yarımmüdafiəçisi Frank Riberini ötən mövsümün ən yaxşısı adlandırsa da, bu il "Qızıl top" mükafatının "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldoya verilməli olduğunu bildirib:

"Fakt odur ki, Ronaldo oyun ərzində vurduğu qolları sayəsində bu mükafata iddialı olub. Ötən mövsüm "Qızıl top" Messiyə verildikdə çox təəssüfləndim. Ronaldo da öz narazılığını gizlədə bilməmişdi. Həmin vaxt Ronaldo bu mükafatı qazanmaq üçün hər şeyi edəcəyini demişdi. Təbii ki, "Qızıl top" bu il Riberiyə verilsə, əla olardı. Ancaq mükafat Ronaldoya təqdim olunsa, heç də təəccüblənməyəcəyəm".

Xəbər 825 dəfə oxundu.