“Qalatasaray” ən çox qol buraxan komandalardan oldu
Bu mövsüm Çempionlar Liqasında indiyə kimi qapısında ən çox qol görən komandalar sırasına "Qalatasaray" da daxil olub.

İstanbul təmsilçisi qrupun 5 matçında qapısından 14 qol buraxıb. "Cim-bom" bu qollardan 10-nu "Real"la (Madrid) görüşlərdə (1:6, 1:4) qapısında görüb. Bu nəticə ilə İstanbul klubu ÇL-də ən çox qol buraxn 4-cü klub olub.

Qeyd edək ki, bu siyahıda "Viktoriya" (16 qol) birinci pillədədir. ÇSKA (15 qol) ikinci, "Anderlext" (14 qol) isə üçüncüdür.


Xəbər 819 dəfə oxundu.