"Bavariya"dan yeni rekord
Almaniyanın "Bavariya" klubu yeni rekord müəyyənləşdirib.

Münhen təmsilçisi dünən Çempionlar Liqasında ÇSKA-nı 3:1 hesabı ilə məğlub etməklə ÇL-də ardıcıl 10-cu qələbəsini qazanıb. Bununla da onlar “Barselona”nın 9 matçlıq rekordunu qırıb.

Qeyd edək ki, "Bavariya" sonuncu dəfə ÇL-də 2012/2013 mövsümündə 1/8 finalda "Arsenal"a məğlub olub.

Xəbər 865 dəfə oxundu.