Mançininin qızından maraqlı mesaj
"Qalatasaray" klubunun baş məşqçisi Roberto Mançininin qızı Kamilla Mançini Madrid "Real"ına məğlubiyyətdən sonra (1:4) atasının müdafiəsinə qalxıb.

Kamilla "Twitter" sosial şəbəkəsindəki hesabından atasının əleyhinə yazılan fikirlərə münasibət bildirib.

Öz səhifəsində "Utancverici müdafiə. "Real" bir nəfər azlıqda oynasa da, yenə qələbə qazandı. Daha çox çalışmalıyıq" yazan Mançininin qızı məğlubiyyətə səbəbi "Qalatasaray"ın müdafiəsində görüb.

Bu mesaja gələn reaksiyalara sərt cavab verən Kamilla atasına "çox utancverici baş məşqçi" yazan bir azarkeşə də "kəs səsini" deyə bildirib.

Xəbər 745 dəfə oxundu.