Mançini: "İkinci hissədə nə baş verdiyini anlamadım"
"İlk hissədə mükəmməl oynadıq. Hər şey qaydasında idi. İkinci hissədə isə nə baş verdiyini anlamadım".

Bu sözləri "Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Çempionlar Liqasının qrup mərhələsində "Real"la oyundan (1:4) sonra keçirilən məbuat konfransında deyib.

İtaliyalı mütəxəssis buraxılan kobud səhvlər üzündən komandasının məğlub olduğunu bildirib: "Bizə yaraşmayan 4-5 kobud səhv etdik və onun cəzasını çəkdik. "Real" belə səhvləri bağşlamayan bir komandadır.

Mançini əsas hədəflərinin növbəti turda "Yuventus"u məğlub etmək olduğunu deyib: "Yuventus"la oyunun bizim üçün final qarşılaşması olacağını əvvəldən də demişdim. Ancaq bu oyundan alacağımız 3 xalla işimizi asanlaşdıra bilərik. Bunun üçün isə azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var".

Xəbər 872 dəfə oxundu.