Torres "Rəvan"ın düşərgəsinə qayıtdı
"Rəvan” Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Qəbələ” ilə qarşılaşacaq.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda cümə günü "Bayıl Arena”da baş tutuacaq görüşə hazırlığı davam etdirir.

Adıçəkilən stadionda gündə 1 dəfə olmaqla məşq edən "aslanlar” Kristian Torresin ümumi qrupa qoşulmasına sevinir. Dizindəki zədəni sağaldan argentinalının "Qəbələ” ilə matçda iştirak edib-etməyəcəyi oyun günü baş məşqçinin qərarına əsasən müəyyənləşəcək.

Baş məşqçi Şahin Diniyev futbolçularına taktiki-texniki hazırlıq keçməklə yanaşı, ayrı-ayrı oyun komponentlərində keyfiyyətin yüksəldilməsinə də xüsusi diqqət ayırıb.

Xəbər 848 dəfə oxundu.