"Real" 10 nəfərlə "Qalatasaray"a qalib gəldi
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun oyunlarına yekun vurulub.

İkinci oyun günündə 8 qarşılaşma baş tutub.

A qrupunun lideri "Mançester Yunayted" səfərdə "Bayer"in (Leverkuzen) qonağı olub və rəqibini darmadağın edib - 5:0. Digər oyunda "Şaxtyor" "Real Soseydad"ı qəbul edib. Görüş Ukrayna təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.

B qrupunda "Yuventus" öz meydanında "Kopenhagen"i sınağa çəkib və 3:1 hesabı ilə qalib gəlib. Digər maraqlı oyun Madriddə baş tutub. Burada yerli "Real" "Qalatasaray"ı qəbul edib və görüşün 26-cı dəqiqəsində azlıqda qalmasına baxmayaraq, 4:1 hesablı qələbəyə sevinib.

C qrupunun lideri PSJ doğma meydanda "Olimpiakos"la üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb. Digər oyunda isə "Benfika" Belçikada "Anderlext"dən üstün olub - 3:2.

D qrupunda Moskva CSKA-sı "Bavariya"nı qonaq edib və məğlub olub - 1:3. Digər oyunda "Mançester Siti" Çexiyada "Viktoriya" ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:2.

27 noyabr

Çempionlar Liqasının qrup mərhələsi, V tur


A qrupu

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Real Sosyedad" (İspaniya) - 4:0
Qollar: Adriano, 37 (1:0), Aleks, 48 (2:0), Kosta, 68 (3:0), 87 (4:0)

23:45. "Bayer" (Leverkuzen) - "Mançester Yunayted" (İngiltərə) - 0:5
Qollar: Valensia, 22 (0:1), Smalinq, 30 (0:2), Evans, 66 (0:3), Smalinq, 77 (0:4), Nani, (0:5)

Xəbər 807 dəfə oxundu.