Barsa Qvardiolaya xəyanət etmədi
"Barselona"nın baş məşqçisi Xerardo Martino Xosep Qvardiolanın rekordunu yeniləyə bilməyib. Belə ki, 2011-2012 mövsümündə Qvardiola katalon klubu ilə 21 oyun ard-arda məğlub olmamışdı. Bu mövsümə yaxşı başlayan "Barsa" isə dünən ÇL-da "Ayaks"a məğlub olaraq Martinonun 20 oyundur məğlubiyyətsizlik seriyasına stop deyib. Maraqlı bir məqam isə ondan ibarətdir ki, elə 2011-ci ilin 26 noyabrında "Barsa" "Hetafe"ni məğlub edərək Qvardiola üçün rekord müəyyən etmişdi. 2013-cü ilin 26 noyabrında isə tarixi təkrarlaya bilmədi.

Xəbər 858 dəfə oxundu.