“Dənizlispor” Arif İsayevlə yolları rəsmən ayırdı
Türkiyənin birinci divizion təmsilçisi "Dənizlispor" azərbaycanlı futbolçu Arif İsayevlə yolları ayırıb.

Bu barədə klubun prezidenti Mehmet Özsoy jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, A.İsayevlə müqavilə qarşılıqlı razılaşma ilə ləğv olunub.

Qeyd edək ki, A.İsayev bu ilin yanvar ayında "Dənizlispor"a transfer olunmuşdu.

Xəbər 995 dəfə oxundu.