Ayaks" -"Barselona" matçında bədbəxt hadisə
Çempionlar Liqasının qrup mərhələsində dünən baş tutan "Ayaks" -"Barselona" matçında (2:1) bədbəxt hadisə baş verib.

Meydan sahiblərinin azarkeşlərindən biri qarşılaşmanı stadionda izləyərkən 5 metr yüksəklikdən yıxılıb.

Başıüstə yıxıldığı üçün beyni silkələnən azarkeşin vəziyyətinin ağır olduğu bildirilir. Hətta twitterdə həmin azarkeşin öldüyü də yazılıb. Polis isə bu iddiaları təkzib edib.

Xəbər 1025 dəfə oxundu.