Marselo Kriştiano Ronaldo ilə münasibətlərinə aydınlıq gətirib
"Real" (Madrid) klubunun müdafiəçisi Marselo komanda yoldaşı Kriştiano Ronaldo ilə münasibətlərinə aydınlıq gətirib.

Braziliyalı futbolçu Ronaldo ilə aralarında heç bir problemin olmadığını vurğulayıb:

"Bir jurnalist məndən İker Kasilyasın "Qızıl top" mükafatını haqq etdiyini soruşdu. Mən də "hə" cavabını verdim. Ancaq bu fikrim yanlış yazıldı. Mənim Ronaldonu deyil, Kasilyası bu mükafata layiq gördüyümü qeyd etdilər. Lakin bunlar doğru deyil. Ronaldo ilə aramda heç bir problem yoxdur. Mətbuatda yazılanlar isə məni narahat edir".

Xəbər 818 dəfə oxundu.