Arda Turan “Qalatasaray”ın düşərgəsində
"Atletiko"nun (Madrid) futbolçusu Arda Turan hazırda Madriddə olan keçmiş klubu "Qalatasaray"ın düşərgəsini ziyarət edib.

Çempionlar Liqasının qrup mərhələsində bu gün "Real"ın qonağı olacaq İstanbul klubuna dəstək olan türk yarımmüdafiəçi onlara güvəndiyini deyib.

O, görüş zamanı"Atletiko"nun bu mövsüm "Real"ı "Santyaqo Bernabeu"da məğlub etdiyini xatırladıb və futbolçulara daha istəkli oyun nümayiş etdirməli olduğunu bildirib.

Arda həmçinin ÇL-in finalında "Qalatasaray"la qarşılaşmaq istədiyini qeyd edib.

Xəbər 903 dəfə oxundu.