Şahmat klubumuz qələbə ilə başladı
Sentyabrın 25-də Sloveniyanın Roqaşka Slatina şəhərində şahmat üzrə klublararası Avropa çempionatına start verilib. Çempionatda 40 ölkədən 77 komandanın (56 kişi, 12 qadın) mübarizə aparır. 7 turdan ibarət olacaq turnir oktyabrın 1-də yekunlaşacaq.

Yarışıda ölkəmizi təmsil edən Bakının SOCAR klubu qələbə ilə başlayıb. Təmsilçilərimiz ilk turda Almaniyanın “SG Solingen” komandası ilə qarşılaşıb.

Komandamızın 2 əsas üzvü - Teymur Rəcəbov və Aleksnadr Qrişuk ilk turda istirahət ediblər. Lakin buna baxmayaraq şahmatçılarımız 5,5:0,5 hesabı ilə inamlı qələbə qazanlblar.

SG SOLİNGEN - SOCAR - 0,5:5,5

Aleksandr Naumann (2546) - Şəhriyar Məmmədyarov (2746) - 0,5:0,5
Markus Şafer (2399) - Emil Sutovski (2690) - 0:1
Tomas Mixalçak (2316) – Andrey Volokitin (2686) - 0:1
Milon Qupta (2270) – Rüstəm Qasımcanov (2678) - 0:1
Aksel Şeffner (2305) – Rauf Məmmədov (2660) - 0:1
Andreas Peşel (2168) – Eltac Səfərli (2627) - 0:1.

Xəbər 1171 dəfə oxundu.