Xerardo Martino "Ayaks"a məğlubiyyətdən danışdı
"Barselona"nın baş məşqçisi Xerardo Martino Çempionlar Liqasının qrup mərhələsində "Ayaks" qarşısında məğlubiyyəti (1:2) şərh edib.

Argentinalı mütəxəssis komandasının bir hissədə çox pis oyun nümayiş etdirdiyini deyib: "Kim olduğumuzu göstərə bilmədik və ilk 45 dəqiqədə qapımızda iki qol gördük. Futbolçularımın çıxışları rəqibinkindən zəif idi".

Martino bildirib ki, "Barsa" yalnız iki hissədə bir az yaxşı təsir bağışlayıb: "Ancaq bu da istədiyimiz nəticəni əldə etmək üçü yetərli olmadı. Hamımız belə zəif çıxış etməyimizin səbəbini düşünməliyik. Birinci hissədəki oyunumuz qəbuledilməzdi".

Xəbər 1254 dəfə oxundu.