«Onlar Azərbaycanın heç bir uğuruna sevinmirlər»

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında son günlər BBC kanalında AİBA və Azərbaycan əlehinə böhtan xarakterli məsələlərlə bağlı fikirlərini bildirib. Onun sözünə görə, yayılan xəbərlər qeyri-ciddidir:

- Kimlərinsə yalan sözünə əsasən, qeyri-ciddi informasiyanı dünya ictimaiyyətinə ötürmək yaxşı hal deyil. On görə də bu işi təşkil edənlər buna görə cavab verməlidirlər. AİBA-nın və ABF-nin əlində hər bir fakt var ki, bunların söylədikləri böhtandan başqa bir şey deyil. Buna görə də boksçularımız dünya çempionatında daha yaxşı çalışıb sübut etməlidirlər ki, onların söylədiklərinin hamısı cəfəngiyyatdır.

AİBA son illər ərzində korrupsiyaya qarşı ciddi tədbirlər görüb, şəffaflığın təmin olunmsı üçün böyük islahatlar aparılıb. Kiminsə kənardan onun imicinə ləkə yaxmağa gücü çatmaz. Onlar buna nə qədər çalışsalar da gücləri çatmaz. Mən AİBA və bu təşkilatın prezidenti haqqında yalnız xoş sözlər deyə bilərəm. AİBA-nın Bakıda keçirilən son Konqresində bütün ölkələrin nümayəndələri, o cümlədən İngiltərə Boks Federasiyasının təmsilçisi Beynəlxalq Boks Federasiyası haqqında müsbət fikirlər söylədi.

Təəssüf ki, yerli müxalifət mətbuatı da hər dəfə xaricdən gələn böhtan xarakterli kampaniyaya qoşulur. Onlar Azərbaycanın heç bir uğuruna sevinmirlər. Nə vaxt xarici mətbutda neqativ material oldu onlar da həmin yalanlara qoşulurlar. Bir neçə gün qəzet səhifələrini doldurmaq üçün bundan istifadə edirlər. Yalanları üzə çıxanda isə məsuliyətsizcəsinə susurlar. Amma bu həmişə belə davam etməyəcək. Onlar bu haqda ciddi düşünməlidirlər. Məsələ Azərbaycanın imicindən gedirsə, iqtidar-müxalifət söhbəti olmamalıdır.

Xəbər 1015 dəfə oxundu.