Xəzər rayonunda stolüstü tennis üzrə final mərhələsi keçirilib
Noyabrın 26-da Xəzər rayon Gənclər və İdman idarəsi rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək,məktəblilərin fiziki cəhətdən inkişafını və sağlamlıqlarının qorunmasını təmin etmək, onların bədən tərbiyəsi və idmanla fəal məşğul olmalarını təmin etmək, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədilə XXVI Spartakiadanın stolüstü tennis növü üzrə rayon final mərhələsi keçirilib.

156 sayli tam orta məktəbdə Rayon final mərhələsində 5 məktəb 25 nəfər idmançı öz qüvvəsini sınayıblar.

Yekun nəticələrə görə birinciyə 136, ikinciyə 156, üçüncü yerə 183 saylı tam orta məktəb layiq görülüb.

Sonda qaliblərə Xəzər rayon Gənclər və İdman iarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Xəbər 1027 dəfə oxundu.