Ançellotti: “Ronaldoya şans verməyəcəyəm”
"Qalatasaray" qrupdan çıxmaq üçün oynayır, amma biz də qələbə qazanmaq istəyirik. Rəqibin baş məşqçisi Roberto Mançini çox təcrübəlidir. Bu qarşılaşma ilk matçdan fərqli olacaq. Ancaq yenə biz özümüzə güvənirik. Son zamanlar çox yaxşı oyun nümayiş etdiririk".

Bu sözləri "Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis komandanın əsas oyunçusu Kriştiano Ronaldonun bu matçda forma geyib-geyməyəcəyinə aydınlıq gətirib. Bildirib ki, portuqaliyalı hücumçu "Qalatasaray"la matçda iştirak etməyəcək: "Ronaldonun oynamaq üçün problemi yoxdur. Ancaq zədəsinin daha da ciddi olmaması üçün ona şans verməyəcəm. Ronaldo La Liqada şənbə günü baş tutacaq "Valyodolid"lə görüşdə işdə çox güman ki, iştirak edəcək".

Xəbər 873 dəfə oxundu.