"Messi hələ də "Mançester Siti" klubu ilə maraqlanır"
"Barselona"nın futbolçusu Lionel Messinin İngiltərənin "Mançester Siti" klubu ilə yaxından maraqlandığı aşkara çıxıb.

Bu barədə ingilis təmsilçisinin argentinalı futbolçusu Pablo Zabaleta açıqlamasında deyib.

Messi ilə yaxın dostluq münasibəti olan Zabaleta ulduz hücumçunun 2008-ci ildən etibarən mütəmadi olaraq "Mançester Siti"dəki vəziyyət haqda ondan müəyyən məlumatlar aldığını bildirib: "Həmin il "Mançester Siti"yə transfer oldum. O zamandan bəri Messi məndən klub haqda çox şeylə maraqlandı. Hələ də bu barədə onunla danışırıq".

Qeyd edək ki, Messini transfer etmək istəyən klublar arasında "Mançester Siti"nin də olduğu iddia edilir.

Xəbər 849 dəfə oxundu.