Acun İlıcalı yeni işi ilə qəzetlərdə manşet olub
Onun bu yeni transferi Türkiyədə böyük səs-səda yaradıb

Gördüyü layihələrlə məşhurlaşan Acun İlıcalı yeni işi ilə qəzetlərdə manşet olub.

"TV8" kanalını satın alan Acun İlıcalının ilk həmləsinin "Fənərbaxça"nın əfsanə kapitanı Aleks də Souzanı Türkiyəyə şərhçi olaraq geri gətirmək olacağı iddia edilir.

Onun bu yeni transferi Türkiyədə böyük səs-səda yaradıb.
Yeni media müdirinin "Fənərbaxça"nın 10 nömrəli əfsanə kapitanına gördürəcəyi bu iş hər kəs tərəfindən maraqla gözlənilir.
Digər bir iddia isə biz zamanlar Aleksin tərcüməçiliyini edən Samet Güzelin Acunun siyahısında olmasıdır.

Xəbər 816 dəfə oxundu.